06 
Mar
2023
11:45
344

Biznes sektorunda orta aylıq əməkhaqqı artıb

2022-ci ilin 4-cü rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta sayı 741 min nəfər müəyyən edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,9 faiz çoxdur. İşçilərin ümumi sayının 43,1 faizini qadınlar, 56,9 faizini isə kişilər təşkil edir. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

İşçilərin ümumi sayının 41,7 faizi iri, 21,8 faizi orta, 36,4 faizi isə kiçik sahibkarlığın payına düşür.

Bundan əlavə, 2022-ci ilin 4-cü rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 1911,1 lari olub (ötən ilin müvafiq dövrü ilə müqayisədə 313,2 lari artıb), onlardan qadınların əməkhaqqı isə 1487,0 lari təşkil edib (keçən ilin müvafiq dövrü ilə müqayisədə 244,4 lari artıb).

Müəssisələrin ölçüsünə görə orta aylıq əməkhaqqı aşağıdakı kimidir:

İri biznes - 2 007,2 lari;
Orta biznes – 2 165,3 lari;
Kiçik biznes - 1 602,1 lari.

Bizimlə əlaqə saxlayın