23 
Fev
2023
23:35
200

Avropa Komissiyası işçilərinə “TikTok”-dan istifadə etməyi qadağan edib

Avropa Komissiyası təhlükəsizlik səbəbi ilə işçilərinə Çin şirkətinə məxsus “TikTok” sosial media proqramından istifadə etməyi qadağan edib.

InterPress.ge xəbər verir ki, yüksək səviyyəli bir avropalı məmurun "Politico" nəşrinə verdiyi məlumata görə, bu səhər Avropa Komissiyasının bütün əməkdaşlarına martın 15-dək rəsmi elektron cihazlarından "TikTok" tətbiqini silmək tapşırılıb.

Bundan əlavə, onlar həmin cihazda işlə bağlı proqramdan istifadə edirlərsə, proqramı şəxsi cihazlarından da silməlidirlər.

Avropa Komissiyasının əməkdaşı TikTok-u şəxsi kompüterindən və ya mobil telefonundan silmək istəmirsə, o, rəsmi proqramı cihazdan çıxarmalıdır.

“Politico”nun yazdığına görə, Çin sosial şəbəkəsinin Avropa İttifaqının digər qurumları, o cümlədən Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən qadağan olunacağı ehtimal edilir.

Bizimlə əlaqə saxlayın