20 
Fev
2023
12:14
300

Şimali Koreya iki ballistik raket buraxıb

Şimali Koreya şərq sahilindən iki ballistik raket buraxıb.

InterPress.ge xəbər verir ki, bu barədə media  vasitələri Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Məlumata görə, Şimali Koreya Yaponiyanın qerb sahillərinə atdığı qitələrarası ballistik raket ABŞ-ın Cənubi Koreya ilkə birgə hava təlimlərinin başlamasına səbəb olub.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq  bildirib ki, Sakit okean regionundan atəş poliqonu kimi istifadə tezliyi ABŞ qüvvələrinin hərəkətlərinin xarakterindən asılıdır.

“Biz bu təlimlərin dövlətimizin təhlükəsizliyinə təsirini diqqətlə nəzərdən keçiririk. Bizim Sakit Okean regionundan atəş poliqonu kimi istifadə etməyimizin tezliyi ABŞ qüvvələrinin hərəkətlərinin xarakterindən asılıdır”, - Kim Yo- Conq bildirib.

Şimali Koreyanın son raket buraxılışlarını şərh edən Cənubi Koreyanın hakim partiyasının rəhbəri Canq Jin-suk deyib ki, Pxenyanın davam edən təxribatları Cənubi Koreyanın özünün nüvə qarşısının alınması ehtiyacını gücləndirəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər