09 
Fev
2023
11:09
383

Xorvatiyanın xarici və Avropa işləri naziri Gürcüstanda rəsmi səfərdədir

Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qriliç Radman Gürcüstanda rəsmi səfərdədir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumat verib.

 Məlumata görə, Qordan Qriliç Radman Gürcüstana dünən gəlib və fevralın 11-dək burada qalacaq.

Agentliyin məlumatına görə, bu, Xorvatiyanın xarici işlər nazirinin Gürcüstana iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində həyata keçirilən ilk səfəridir.

“Səfər çərçivəsində Xorvatiyanın ilk diplomatı Gürcüstanın icra və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri, o cümlədən gürcü həmkarı İliya Darçiaşvili ilə görüş keçirəcək.

Bundan əlavə, Xorvatiya Xarici İşlər Nazirliyi rəhbərinin Gürcüstana səfəri çərçivəsində iqtisadi əməkdaşlıq haqqında saziş və xarici işlər nazirlikləri arasında diplomatik təlimlərə dair anlaşma memorandumu imzalanacaq.

Qordan Qriliç Radmani  işğal xəttinə baş çəkəcək, mövcud vəziyyətlə yerindəcə tanış olacaq. Həmçinin, xorvatiyalı nazir Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq önünə əklil qoyacaq.

Səfər çərçivəsində Tbilisi Dövlət Universitetində Xorvatiyanın xarici işlər nazirinin açıq mühazirəsi keçiriləcək.

Xarici işlər nazirinin səfəri ilə paralel olaraq Xorvatiya iş adamlarından ibarət nümayəndə heyəti Gürcüstana səfər edəcək, o, Gürcüstan şirkətlərinin nümayəndələri ilə görüşlər keçirəcək”, - Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər