İstintaq Xidməti iki nəfəri saxta sənədlərlə dövlət büdcəsinə məxsus vəsaiti dələduzluq yolu ilə əldə etməkdə ittiham edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfəri qrup halında saxta vergi sənədləri hazırlayıb istifadə edərək dövlət büdcəsinə dələduzluq yolu ilə külli miqdarda maddi ziyan vurmaq və dövlət büdcəsinə məxsus pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürüblər.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidmətindən məlumat verilib.
Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi fayda əldə etmək məqsədilə idarə etdikləri şirkətlərin adından saxta hesab-fakturalar tərtib ediblər, nəticədə onlar öz şirkətlərinin adına ümumilikdə 346 367 lari məbləğində saxta aktiv yaradıblar, 337 144 lari saxta aktivləri mövcud vergi öhdəliklərini ödənilməsinə istifadə ediblər, 9223 lari məbləğində saxta aktivlər təqsirləndirilən şəxslər tərəfindən saxtakarlıq yolu ilə əldə edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin 2-ci hissəsinin “A”, 185-ci maddəsinin 2-ci hissəsinin “A”, 3-cü hissəsinin “B” və 180-ci maddəsinin 2-ci hissəsinin “B” bəndləri ilə aparılır. Cəza 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.


