13 
Yan
2023
15:44
271

İrəvanda Gürcüstan və Ermənistan respublikalarının diplomatları arasında görüş keçirilib

İrəvanda Gürcüstan Respublikası və Ermənistan Respublikasının birgə hökumətlərarası iqtisadi komissiyasının 12-ci iclası çərçivəsində iki ölkənin diplomatları arasında görüş keçirilib.

InterPress.ge xəbər verir ki, məlumata görə, iclasda yaxın vaxtlarda tətbiq olunacaq iki ölkə arasında sərhədi keçmənin sadələşdirilmiş rejimindən istifadə məsələsinə diqqət yetirilib.

Gürcüstan Respublikası və Ermənistan Respublikasının baş nazirləri “Gürcüstan Respublikası ilə Ermənistan Respublikası arasında vətəndaşların ikitərəfli vizasız gediş-gəlişi haqqında” saziş imzalayıblar.

Qeyd edək ki, müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan və Ermənistan Respublikası vətəndaşları iki ölkə arasındakı sərhədi biometrik şəxsiyyət vəsiqəsi ilə keçə biləcəklər. Bundan əlavə, görüşdə ticarət-iqtisadi, tranzit və nəqliyyat məsələləri kimi məsələlər müzakirə olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər