Üzv dövlətlərin Avropa İttifaqını tərk etməsi
Avropa İttifaqı ədaləti Lissabon müqaviləsinə qədər üzv dövlət tərəfindən Avropa İttifaqının tərk edilməsi məsələsini nəzərə almırdı, amma nəzəri olaraq, belə bir imkan beynəlxalq ictimai hüquq əsasında mümkün idi. Xüsusilə də, üzv dövlət Avropa Birliyini mühitlərin dəyişməsi əsasında tərk edə bilər.
Lissabon müqaviləsi qüvvəyə minəndən sonra Avropa İttifaqından üzv dövlətin çıxması özünün konstitusiya tələbinə uyğun olaraq müqavilənin 50-ci maddəsi ilə tənzimlənir. Avropa İttifaqını tərk etmək istəyən dövlət növbəti prosedurlardan keçməlidir:
Qərar haqqında Avropa Şurasına məlumat verməli, amma qərarını sübut etmək məcburiyyətində deyil,
Bundan sonra Avropa İttifaqı, Avropa Şurasının əsas tutduğu göstərişləri nəzərə alaraq, Avropa İttifaqını tərk etmək istəyən dövlətlə anlaşmanın qəbul edilməsinə dair danışıqlar aparır, bunun nəticəsində bütün vacib xırdalıqlar tənzimlənməli və gələcək əməkdaşlıq çərçivəsi qarşıya qoyulmalıdır,
Tərk etmək istəyi olan dövlətlə anlaşmanı Avropa İttifaqı adından fəaliyyət göstərən Şura imzalayır.
Qərar kvalifikasiyalı çoxluqla qəbul edilir, amma buna qədər qeyd edilən məsələ üzrə Avropa Parlamentinin razılığı lazımdır. Üzv ölkə anlaşma qüvvəyə girdiyi gündən Avropa İttifaqını tərk etmiş hesab edilir. Anlaşmanın bağlanılması alınmadığı halda, Avropa Şurası üçün tərk etmə haqqında istək ismarıcından 2 il keçdikdən sonra, üzv ölkə avtomatik olaraq Avropa İttifaqını tərk edir (amma Avropa İttifaqını tərk etmək istəyən dövlətin razılığı olduğu halda, Avropa Şurası bu iki illik müddəti davam etdirə bilər). İki illik müddətin təsis edilməsi onu göstərir ki, istək olduğu halda, istənilən üzv ölkə İttifaqı tərk edə bilər, Avropa İttifaqının qərarı bloklamaq hüququ yoxdur.
Müəllif: Humay Məmmədova