10 
Yan
2023
18:37
3443

Avropa İttifaqının Dəyərləri və Məqsədi

Avropa İttifaqı haqqında müqavilənin 2-ci maddəsi ilə təşkilatın istinad etdiyi dəyərlər durur, özəlliklə də: insan dəyərinə hörmət, azadlıq, demokratiya, bərabərlik, azlıqların hüquqlarının müdafiəsi, pluralizm, diskriminasiyaya yol verilməməsi, dözümlülük, ədalət, həmrəylik, qadın və kişilərin bərabərliyi, bundan başqa, müqavilənin 4-cü maddəsinin 2-ci bəndində üzv dövlətlərin milli kimliyinə hörmət zərurəti qeyd olunur. 6-cı maddə isə Avropa İttifaqının əsas hüquqları xartiyasının icbari qüvvəsini tanıyır. Avropa İttifaqının məqsədi Avropa İttifaqı haqqında Müqavilənin 3-cü maddəsində bəyan edilir, buna əsasən də Avropa İttifaqı sülh, İttifaqın dəyərləri və üzv dövlətlərin xalqlarının firavanlığına dəstəyin verilməsi məqsədini daşıyır. Müqaviləyə əsasən, firavanlıq nəzərə alır: iqtisadiyyatın artımını, qiymətlərin sabitliyini, sosial bazar iqtisadiyyatını, daxili bazarın yaradılmasını, ətraf mühitin müdafiəsini, sosial ədaləti və mədəni müxtəlifliyin təmin edilməsini, o cümlədən, azadlığın, təhlükəsizliyin və ədalət məkanının yaradılmasını və s.

Müəllif: Asim Talibov

Bizimlə əlaqə saxlayın