04 
Yan
2023
19:28
3515

Avropa tarixi, mədəniyyəti və dəyərləri...

Avropa dövlətlərinin tarixini yalnız açıq rənglərlə boyasaq, doğru olmaz. Əsrlər bizə Avropa dövlətləri arasında qarşıdurmaların və müharibələrin bir çox səhifələrini qoruyub saxlamışdır. Amma İkinci Dünya Müharibəsinin sonunu və tarix dərslərini dərk etdikdən sonra, Vahid Avropa böyük ailəsi yarandı. Avropa dövlətləri nəzərə alırdılar ki, onlar Avropa qitəsində uzun müddət birlikdə yaşayırlar, Avropa dilləri bir-birinə yaxındır, Avropa ənənələri və qaydaları başlanğıcını bir kökdən götürür, Avropanın bir ölkəsində yaşayan insan mənşə ilə ikinci Avropa ölkəsindən ola bilər. Belə ki, Avropa inteqrasiyasının təməli əsasını, əlbəttə ki, Avropa xalqlarının sosial-mədəni yaxınlığı təşkil edirdi və indidə edir. Orta əsrlərin Avropasından bəri bu məkan xristianlıq dinini və latın yazısını özündə birləşdirən mədəni birliyi təqdim edirdi. Müxtəlif xalqlar üçün Avropa vahid mərkəz idi, buradan da dünyaya Avropa dəyərləri yayılır. Avropalılar eyni şəkildə ədalətə, fikir azadlığına, bir-birinə hörmətlə yanaşmağa, tolerantlığa inanırlar. Avropalılar bu ölkələri və xalqları birləşdirən hər şeyi eyni şəkildə dəyərləndirirlər.
Avropa İttifaqı ideyası real siyasi məqsədə çevrilənə qədər, Avropa dövlətlərinin gələcək taleyi kimi, bu ideyanı Avropa filosofları və yazıçıları paylaşırdılar. Hələ XIX əsrdə məşhur fransız yazıçısı Viktor Hüqo humanizm ideyaları üzərində əsaslanmış “Avropa Birləşmiş Ştatları haqqında” danışırdı. XX əsrin 20-ci illərində avstriyalı siyasətçi, Avropa İnteqrasiyasının birinci ideoloqlarından biri Riçard Kalergi sübut edirdi ki, Avropa birliyi yalnız Almaniya və Fransanın sıx siyasi əməkdaşlığı halında mümkün idi. Amma bu fikrin praktiki həyata keçirilməsi XX əsrin birinci yarısında baş verən iki dünya müharibəsi şərtlərində mümkünsüz idi.

1945-ci ildə, Avropa üçün İkinci Dünya Müharibəsinin ağır nəticələri – milyonlarla evsiz-eşiksiz insanlar, sadə qaçqınlar və işsizlər, Avropa iqtisadi geriliyinin zirvəsi onun siyasi əzikliyi ilə birlikdə dünya cəmiyyətinə göstərdi ki, Avropanın uçuq və infrastruktur cəhətdən pozulmuş iqtisadi bərpası yalnız dövlətlərin əməkdaşlığı ilə mümkün idi və bu da gələcəkdə ölkələr arasında qarşıdurmanın əmələgəlmə təhlükələrinin və yeni müharibələrin qarşısını ala bilərdi. İllər ərzində totalitarizmə qarşı mübarizə aparan insanlar hazır idilər ki, sonsuz nifrətə son qoyulsun və davamlı əmin-amanlıq üçün şərtlər yaradılsın. Bu dövrün tanınmış xadimlərinin pleyadası – Rober Şuman, Konrad Adenauer, Uinston Çerçil və başqaları Avropa xalqlarını səsləyirdilər ki, öz həyatlarında tarixin yeni vərəqini açsınlar. Qərbi Avropada ümumi maraqlara və anlaşmalara əsaslanmış yeni strukturlar yaradılmışdı, bunlar da bütün Avropa dövlətlərinin nizam-intizamının və bərabərliyin qarantı olacaqdı. Bizə çox maraqlıdır ki, Vahid Avropanın yaradılmasını Strasburqda yaşayan gürcü hüquqşünası Mişel Musxeli (Mixeil Musxelişvili) dəstəkləyirdi. O hesab edirdi ki, birləşməklə Avropa ölkələri güclənəcəkdilər və bu da Birliyə daxil olan dövlətlərin suverenliyinə mane olmayacaq və zəiflətməyəcəkdi. Avropa dövlətlərinin Birliyinin çağırışlarının ardınca Böyük Britaniya baş naziri Uinston Çerçil tərəfindən 1946-cı ilin sentyabrın 19-da, İsveçrədə, Sürix Universitetində çıxış etdikdə Birləşmiş Avropa ideyası səsləndirildi: “Biz Avropa ailəsini regional strukturla yenidən yaratmalıyıq və bunu da Avropa Birləşmiş Ştatları adlandırmaq olar”. 

Böyük Britaniya ideyasını Amerika Birləşmiş Ştatları dəstəklədi. 1947-ci ildə ABŞ Avropanın dağıdılmış iqtisadiyyatını bərpa etmək üçün “Marşal planını” təsdiq etdi. Bu plan Avropa dövlətlərini əməkdaşlığa tərəf səsləyirdi. Fransanın mövqeyi çox böyük əhəmiyyət kəsb edirdi, – keçmiş rəqibi olan Almaniya ilə əməkdaşlığı nə dərəcədə arzulayardı. Halbuki Avropa inteqrasiyası prosesində həlledici rolu məhz Fransanın mövqeyi oynadı. Avropa inteqrasiyasının hesab nöqtəsi kimi 1950-ci ilin mayın 9-u hesab olunur, çünki bu zaman fransız siyasətçisi Jan Mone tərəfindən irəli sürülmüş təklifi rəsmi olaraq Fransa xarici işlər naziri Rober Şuman səsləndirdi. Söhbət Qərbi Avropanın daş kömür və metal sənayelərinin birləşməsindən gedirdi. Jan Monenin təşəbbüsünə əsasən, tarixi rəqiblər – Fransa və Almaniya başqa Avropa ölkələri ilə birləşməli idilər ki, daş kömürü və metalı müstəqil olaraq istehsal etməsinlər. Jan Monenin bu təklifi həmin fikrə əsaslanırdı ki, istənilən ölkəyə müharibə aparmaq üçün metal gərək idi, çünki mübarizə materialı metaldan hazırlanırdı və daş kömürdən – zavodların və dəmiryolunun enerji ilə təmin edilməsi üçün. Məhz bu olduqca əhəmiyyətli resursların istehsalı və satışının ümummilli orqana (“Ali hakimiyyətə”) tabe edilməsi başlıca məqsədə qulluq edəcəkdi – Almaniyanın və Fransanın birlikdə sülh şərtlərində yaşayışına və bu da iki ölkənin iqtisadi və siyasi qarşılıqlı münasibətlərini dərinləşdirəcəkdi. Qeyd edilən hal Belçikanı, İtaliyanı, Lüksemburqu və Niderlandları da inandırdı və 1951-ci ildə “Avropa Daş Kömür və Metal Birliyi” yaradıldı. 

Müəllif: Mülki Jurnalist Rabiə Mustafayeva

Bizimlə əlaqə saxlayın