Baş nazir: "Dövlət məhbuslara maksimum qayğı göstərir, bu, bizim humanist siyasətimizin imzasıdır"
"Dövlət məhbuslara maksimum qayğı göstərir, bu, bizim humanist siyasətimizin imzasıdır".
InterPress.ge xəbər verir ki, bunu Baş nazir İrakli Ğaribaşvili yekun hesabatı təqdim edərkən deyib.
"Bizim hamımız yaxşı xatırlayırıq ki, cəzaçəkmə müəssisələrində vəziyyət necə idi, məhbuslarımızla necə qeyri-insani və acınacaqlı rəftar edildi. Vətəndaşlarımıza qarşı işgəncələr, qətllər, əzablar baş verirdi, bu, təbii ki, sistemli cinayət idi. Gürcü xalqı bütün bunlara yox dedi. Bundan sonra, bildiyiniz kimi, 2012-ci ildən, bir neçə nazirin hakimiyyəti dövründə penitensiar sistemdə köklü dəyişiklik edilib. İndi cənab Ratinin də çox maraqlı təşəbbüsləri var, məhbusların həyatının yaxşılaşdırılması istiqamətində daha çox təkmilləşdirmələr aparılır, istər formal, istərsə də qeyri-formal təhsil vermək, idmanla məşğul etmək və s. bunlara aiddir və bu, humanist siyasətimizin imzasıdır. Müqayisə üçün qeyd edək ki, əvvəlki hökumət dövründə Avropa Məhkəməsi dövlətimizə qarşı daxil olan minlərlə şikayətə baxıb, bu, təxminən 3000-4000 ərizə idi, 2022-ci il iyulun 1-nə olan məlumata görə, Strasburq Məhkəməsində cəmi 138 şikayətə baxılır. Bu, hökumətimizin cəmi 10 ildə etdiyi köklü dəyişiklikdir, ona görə də bu işgəncə və iztirablar ölkəyə bir daha qayıtmayacaq”.


