27 
Dek
2022
14:18
811

Azərbaycanlı icma üzvləri BMT-nin ofisi qarşısında aksiya keçirdilər - VİDEO

Azərbaycanlı icma üzvləri Qarabağ iqtisadi zonasına aid olan Xankəndi şəhərində erməni separatçıları tərəfindən ekologiyaya və Azərbaycanın təbii sərvətlərinə törədilən soyqırıma qarşı bu gün BMT-nin ofisi qarşısında aksiya təşkil ediblər.

InterPress.ge xəbər verir ki, aksiyanın məqsədi siyasi xarakter daşımayıb, ekoloji terrora son qoymaq olub.

"Biz Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının etirazına öz dəstəyimizi bildiririk. Qeyd olunan istismar bölgədə gərginliyə təkan verir. Ətraf-mühiti qorumaq hər bir insanın borcudur. Biz Gürcüstanda yaşayan azərbaycanlılar olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə ekoloji vəziyyətin pisləşməsindən narahatıq. Buna muvafiq olaraq, hava şəraitinin dəyişməsi və su ehtiyatlarının tükənməsi ilə əlaqədar beynəlxalq narahatlıq fonunda Azərbaycanın Xankəndi şəhərində kriminal qrup tərəfindən ətraf mühitə vurulan zərər etnik nifrətlə müşayiət olunur və bu azərbaycanlılara qarşı yönəldilmiş bir fobiyadır. Ekoloji terrora son qoymaq üçün rus sülhməramlılarına və erməni separatçılarına təzyiq edilməsini tələb edirik", - deyə aksiyada oxunan bəyanatda bildirilib.

Aksiyanın sonunda bəyanat BMT ofisinə təqdim edilib.


 

Bizimlə əlaqə saxlayın