27 
Dek
2022
11:24
354

Fevralın 24-dən dekabrın 27-dək olan müddətdə Rusiya və Ukrayna ordusunun döyüş itkiləri açıqlanıb

Fevralın 24-dən dekabrın 27-dək olan müddətdə Rusiya ordusunun döyüş itkiləri açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

Məlumata görə, Rusiya ordusu təxminən 103220 hərbiçi, 3016 ədəd tank, 6024 ədəd  zirehli texnika , - 1998 ədəd artilleriya sistemi, 418 ədəd MLRS , 212 ədəd hava hücumundan müdafiə sistemi , 283 ədəd təyyarə, – 267 ədəd helikopter,1707 ədəd  pilotsuz uçuş aparatının əməliyyat-taktiki səviyyəsi , 653 ədəd Kruiz raketi (vurulan), 16 ədəd -gəmi/qayıq , 4652 ədəd nəqliyyat vasitələri və yanacaq çənləri,  179 ədəd xüsusi texnika itirib. 

Ukrayna ordusunun itkilərinə gəlincə, Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı məlumatlara görə, Ukrayna ordusu 352 təyyarə 192 helikopter, 2731 pilotsuz uçuş aparatı, 399 zenit-raket sistemi, 7 249 tank və digər zirehli texnika, 944 çoxlu raket buraxılış qurğusu, 3 719 sahə artilleriya və minaatan, 7 765 xüsusi təyinatlı hərbi maşın itirib.

Qeyd edək ki, bunlar Ukrayna və Rusiya tərəfinin rəsmi şəkildə yaydıqları məlumatlardır, lakin müharibə şəraitində tərəflərin yaydığı itkilər haqqında məlumatın real rəqəmlərə nə qədər uyğun olub- olmadığı  dəqiq məlum deyil.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər