Korrupsiya faktı ilə bağlı iki nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarına Ekoloji Nəzarət Departamentinin regional bölmələrindən birinin mütəxəssisinin ağac biznesində işləyən sahibkarlarla korrupsiya sövdələşməsində iştirak etməsi, onlardan müqabilində pul alması barədə əməliyyat məlumatı daxil olub.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyi yayıb.
Məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və gizli istintaq işləri nəticəsində Ekologiyaya Nəzarət Şöbəsinin mütəxəssisi R.X.nin ağac biznesində işləyən M.N.-nin mühafizəsini həyata keçirməsi təsdiq edilib. R.X.himayədarlığı müqabilində iki dəfə şəxsi hesabına müvafiq məbləğdə vəsait qoyub. Və bir halda - təqsirləndirilən şəxs maddi mənfəət əldə etmək məqsədilə mövcud qanun pozuntuları ilə bağlı müvafiq inzibati xəta protokolu tərtib etməmiş, əvəzində sahibkarlardan birindən tikinti materialları almışdır.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən R.X. qanunsuz yolla əldə etdiyi taxta-şalban materialının daşınması faktlarını ört-basdır etmək məqsədilə Ekoloji Nəzarət Şöbəsinin əməkdaşlarının hərəkəti və nəzarət tədbirləri barədə sahibkarlara məlumat verib.
Müvafiq sübutlar əldə edildikdən sonra bu il dekabrın 19-da hakimin qərarı ilə hər iki təqsirləndirilən şəxs saxlaınılıb.
İstintaq işi Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 332, 338 və 339-cu maddələri ilə aparılır.


