Marneulinin mərkəzi küçəsinin bir hissəsi bağlanıb
Marneulinin mərkəzi küçəsi olan Rustavelinin meriya yerləşən hissəsi bağlanıb.
InterPress.ge xəbər verir ki, meriyanın yerləşdiyi ərazidə, əsas şam ağacının işıqlandırılması ilə bağlı tədbir keçiriləcək.
Meriyanın yaydığı tədbirlərin cədvəlini sizə təqdim edirik:
13:00 - 18:00 - Əl işlərindən ibarət əşyaların və Yeni il şirniyyatlarının sərgi-satışı;
13:00 - 16:00 - Açıq məkanda animasiya filmlərinin nümayişi (Qütb Ekspressi, Milad Nağılı və Klaus);
16:00 - 18:00 - Musiqili animatorlar şousu;
17:00 - Şaxta Baba elflərin köməyi ilə uşaqlara hədiyyələr paylayacaq;
Konsert:
18:00 - 18:20 - Qori Qızlar Xoru - Yeni il mahnıları miksi;
18:30 - Şam ağacının işıqlandırılması;
18: 40 - 19:40 - Qela Qnolidzenin rəhbərliyi ilə "Ğamis Şou" qrupu;
19: 40 - Atəşfəşanlıq.
Tədbirdə hər kəs iştirak edə bilər!


