15 
Dek
2022
11:08
365

Aİ səfiri: "Tbilisi kimi inkişaf etmiş bir yerdə Mixail Saakaşvilinin niyə məhkəmədə iştirak etmək imkanının olmadığını anlamaq çətindir"

"Biz ürəkdən ümid edirik ki, Mixeil Saakaşviliyə məhkəmə qarşısına çıxmaq imkanı veriləcək. 21-ci əsrdə və Tbilisi kimi inkişaf etmiş bir yerdə onun niyə məhkəmədə iştirak etmək imkanının olmadığını anlamaq çətindir".

InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski söyləyib.

“Biz keçmiş prezident Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərdən narahatıq. Biz bu məsələni Gürcüstan hökumətinin müvafiq nümayəndələri qarşısında qaldırırıq. Gürcüstan hakimiyyəti onun bütün hüquqlarının tam şəkildə qorunmasını təmin etməlidir. Ümid edirəm ki, onun bunu onlayn həyata keçirməsi texniki cəhətdən mümkün olacaq, çünki onun məhbus kimi hüququna tam hörmət edilməlidir.

Biz şadıq ki, {Mixeil Saakaşvili} aclıq aksiyasını davam etdirməmək qərarına gəlib, çünki bu, şübhəsiz ki, onun sağlamlığı üçün yaxşı olmayacaq.

Beləliklə, biz onun səhhətini çox diqqətlə izləyirik və Gürcüstan məhkəməsinin atacağı addımları gözləyirik”, - səfir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər