Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salındı
Mixeil Saakaşvilinin azadlığa buraxılması və ya cəzasının təxirə salınması ilə bağlı məhkəmə prosesi dekabrın 22-də davam etdiriləcək.
InterPress.ge xəbər verir ki, bu gün hakim Arevadze iclası 1 həftə təxirə salıb.
Vəkil iclası dekabrın 21-də, üçüncü prezidentin ad günündə davam etdirməyin yaxşı olacağını bildirəndən sonra hakim “təxribat”a eyham vuraraq, həmin gün başqa proseslərin olduğunu bildirib.
Məhkəmə 22-nə səhər saat 11-ə təyin edilib.
Penitensiar Xidmət tibbi rəyin öyrənilməsinə əsaslanaraq, prosesin 1 ay müddətinə təxirə salınmasını istəyib, ancaq müdafiə tərəfi bununla razılaşmayıb.
Xatırladaq ki, Penitensiar Xidmət bu gün də Mixeil Saakaşvilinin məhkəmədə iştirakına icazə verməyib. Üçüncü prezident “texniki səbəblərdən” prosesdə uzaqdan iştirak edə bilməyib.


