2023-cü il yanvarın 1-dən daxili bazarda satışı nəzərdə tutulan spirtli içkilər məcburi sertifikatlaşdırılmalıdır
2023-cü il yanvarın 1-dən daxili bazarda satışı nəzərdə tutulan spirtli içkilər məcburi sertifikatlaşdırılmalıdır.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Şərab Agentliyi məlumat yayıb.
Bildirilib ki , Gürcüstanda istehsal olunan və Gürcüstanda satışı nəzərdə tutulan alkoqollu içkilərin sertifikatlaşdırılması spirtli içkilərə maksimum nəzarətə və istehlak bazarının saxtalaşdırılmasından qorunmağa, şərab və digər üzüm mənşəli spirtli içkilərin rəqabətqabiliyyətli bazarının genişləndirilməsi və inkişafına töhvə verəcək.
“Milli Şərab Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri gürcü şərabının keyfiyyət təminatının təşviqidir. Agentliyin məqsədi ölkədə istehsal olunan spirtli içkilərin beynəlxalq standartlara tam cavab verməsini təmin etməkdir.
Qeyd olunanlara əsasən, 2023-cü il yanvarın 1-dən Gürcüstanda istehsal olunan və Gürcüstanda satışı nəzərdə tutulan spirtli içkilərin, qorunan yerli mənşəli şərabların və qorunan yerli mənşəli spirtli içkilərin sertifikatlaşdırılması məcburi xarakter daşıyır.
“Gürcüstanın Üzüm və Şərab haqqında Qanunu”na müvafiq düzəlişlər 2021-ci ildə tətbiq edilib", - deyə məlumatda qeyd olunub.


