Hamilə qadınlarla sövdələşərək büdcədən 82 min laridən çox pul mənimsəyən 3 nəfər məsuliyyətə cəlb edildi
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki sahibkarlıq subyektini və onların mühasibini dələduzluq yolu ilə dövlətə məxsus külli miqdarda vəsaiti ələ keçirməkdə ittiham ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.
Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər hamilə qadınlara verilən pul yardımını mənimsəmək məqsədilə dələduzluq yolu ilə hamilə qadınlarla cinayət əməliyyatlarına giriblər, onları nəzarətlərində olan müəssisələrdə qeydiyyatdan keçiriblər, nəticədə Dövlət Sosial Xidmət Agentliyini çaşdırıblar. Təqsirləndirilən şəxslər 82 000 larini mənimsəyiblər və öz aralarında bölüşdürüblər.
“Analıq məzuniyyəti pullarının mənimsənilməsi ilə bağlı digər cinayət əməllərinin müəyyən edilməsi və təqsirkar şəxslərin ifşası istiqamətində müvafiq tədbirlər görülür.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 362, 210 və 180-ci maddələri ilə aparılır. Bu cinayətə görə, 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur", - məlumatda deyilir.


