30 
Nybr
2022
10:34
351

Rustavidə avtomobil qadını vurub

Rustavi şəhərinin Leonidze küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, “Mercedes” markalı avtomobil piyada gedən 38 yaşlı qadını vurub.

Yaralı qadın təcili tibbi yardım briqadası tərəfindən “Rustavi” klinikasına yerləşdirilib. O, müvafiq tibbi müayinələrdən keçir.

Hadisə yerinə patrul polisinin iki ekipajı səfərbər edilib.

Bizimlə əlaqə saxlayın