26 
Nybr
2022
09:31
769

Jurnalist olmaq istəyənlər üçün InterPress.ge staj proqramı elan edir - Qeydiyyat üçün daxil olun

InterPress.ge “ Vətəndaş Jurnalistləri rəngarənglik üçün” adlı yeni layihəyə start verir!

Layihənin məqsədi Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlı əhalinin Avropa İttifaqı və NATO haqqında məlumatlılığının artırmasına və vətəndaş jurnalistlərin formlaşmasında öz töhfəsini verməkdir. Layihə də 14-29 yaş arası Marneuli bələdiyyəsində yaşayan gənclər iştirak edə bilər.

Layihə Avropa İttifaqı və NATO haqqında nəzəri biliklərin artırılmasına və jurnalist praktiki bacarıqlarının gücləndirilməsinə yönəlmişdir və həm interaktiv mühazirələr, həm də praktiki məşğələləri əhatə edir. 

Layihənin müddəti iki aydır. İlk hissədə ümumi 6 təlim - seminar keçriləcək. Təlim-semianrların mövzuları:

● Avropa İttifaqı və NATO, Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyası

● Avropa İttıfaqı və NATO haqqında dezinformasiya və onunla mübarizə metodları

● Avropa İttıfaqında gənclər üçün təhsil və mübadilə proqramları

● Məqalə necə yazılır?

● Necə müsahibə ala bilərik?

● Necə video-siujet hazırlaya bilərik?

Layihənin ikinci hissəsində isə iştiraçılar artıq vətəndaş jurnalistləri olaraq InterPress.ge-də staj proqramında iştirak etmə fürsətini qazanacaqlar və staj çərçivəsində iştirakçılar vətəndaş jurnalist bacarıqlarını istifadə edərək Avropa İttifaqı və NATO haqqında müxtəlif media produktlar hazırlayacaqlar. Layihə çərçivəsində iştirakçılar üçün 3 yerdən ibarət video müsabiqə elan olunacaq və qaliblər pul mükafatı ilə təltif olunacaq.

Layihə də iştirak üçün qeydiyyat formunu doldurun:

Yerlər məhduddur. Qeydiyyatın son tarixi 3 dekabr, 2022 -ci ildir.

Linkə daxil olub formu doldurun:

https://forms.gle/N8PZudzKq9bSrH7J8

Əlavə suallarınız olanda bizimlə əlaqə qurun! 

Elekton ünvan: [email protected] 

Əlaqə nömrəsi: 571 50 73 48

Qeyd edək ki, layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın artırılması və cəlb edilməsi” layihəsi çərçivəsində, NATO və Avropa İttifaqı üzrə İnformasiya mərkəzi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən həyata keçrilir.

Bizimlə əlaqə saxlayın