İt və pişik saxlayanların nəzərinə! Yeni qayda qüvvəyə minəcək - Cərimə oluna bilərsiniz
Son həftələr itlərin vətəndaşları dişləməsi halları artıb.
InterPress.ge xəbər verir ki, belə hallara küçə itləri ilə yanaşı,ev itlərində də rast gəlinir.
Məlumata əsasən, itlərin vətəndaşları dişləmə halları artdığından, keçən ay qaydaların sərtləşdirilməsindən söhbət açılıb. Bunlar arasında ölkədə konkret it cinsinin yetişdirilməsinin qadağan edilməsi, aqressiv it cinsinin gəzdirilməsi hüququnun 16 yaşına çatmamış şəxslər üçün məhdudlaşdırılması qərarı da müzakirə olunur. Bundan əlavə, qanun layihəsi çərçivəsində aqressiv cins itlərin siyahısı yaradılacaq və parlament qanun layihəsini qəbul edərsə, aqressiv cins itlərin ölkəyə gətirilməsi qadağan olunacaq.
Business Press News xəbər saytının məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən, it və pişik saxlamaq qaydalarının pozulmasına görə sanksiya nəzərdə tutulacaq. Bu halda sıravi vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislinədək, vəzifəli şəxslər isə minimum əmək haqqı məbləğinin yarısınadək miqdarda cərimə ediləcək.


