Prokurorluq Marneulidə azyaşlını vuraraq öldürən sürücü barədə qərar qəbul etdi
Prokurorluq Marneulidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının ölümü faktı ilə bağlı bir nəfəri ittiham edib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat verib.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, noyabrın 23-də Marneulidə “Land-Rover” markalı avtomobilin sürücüsü ehtiyatsızlıq edib, nəqliyyat vasitəsinin təhlükəsiz hərəkətini təmin etməyib və piyada keçidində piyadanı vurub. Aldıqları xəsarətlər nəticəsində azyaşlı yerindəcə ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə ittiham olunub və bu, 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.