22 
Nybr
2022
11:32
222

Dekabr ayından Gürcüstan Bankının investisiyası dəyişəcək

Bank of Georgia-nın investisiya komissiyası dekabrdan dəyişir.

InterPress. ge xəbər verir ki, Georgia Bank- ın verdiyi məlumata əsasən, səhm alınarkən komissiya əməliyyatın 0,3%-ni  təşkil edəcək.

Məlumata əsasən müştəri 200 dollar dəyərində Tesla səhmlərini alarkən 0,6 dollar komissiya ödəyəcək. Aylıq ödənişə gəlincə, 5000 dollara qədər olan portfel üçün 2 dollar əvəzinə 0,5 dollar, daha böyük portfel üçün isə istifadəçi aktivlərin 0,01 faizini ödəyəcək. SOLO və Wealth Management istifadəçiləri üçün platformadan istifadə tamamilə pulsuz olacaq və hesab açdıqdan sonra komissiyasız 3 əməliyyat həyata keçirəcəklər.

"Məqsədimiz ondan ibarətdir ki, daha çox istifadəçi dünya üzrə milyonlarla investora qoşulsun və ABŞ fond bazarına sərmayə qoymağa başlasın, çünki bu gün proses kifayət qədər əlverişli və asan olub. Biz bu istiqamətdə işi fəal şəkildə davam etdiririk və gələcəkdə istifadəçilərə pula qənaət etmək, əlavə gəlir əldə etmək  və  daha müxtəlif seçim imkanı vermək üçün istifadəçilərə bir sıra yeniliklər təklif edəcəyik” - deyə Galt & Taggart-ın broker şöbəsinin rəhbəri Davit Nişnianidze bildirib.
 

Bizimlə əlaqə saxlayın