22 
Nybr
2022
10:32
699

Dələduzluq yolu ilə külli miqdarda pul əldə etməyə cəhd faktının qarşısı alınıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd edən bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.

İstintaq müəyyən edib ki, bir neçə şirkətin rəhbəri olan təqsirləndirilən şəxs dələduzluq yolu ilə pul vəsaiti əldə etmək məqsədilə müxtəlif internet saytlarında Tbilisidə guya mənzillərin satılması barədə məlumat yerləşdirib, bundan sonra o, mənzil almaqda maraqlı olan insanlara yaşayış binalarının tikintisinə başlanmalı olduğu yeri göstərib. Dələduzluq niyyətini ört-basdır etmək məqsədilə təqsirləndirilən şəxs tərəfindən mənzillərin alqı-satqısı ilə bağlı müvafiq müqavilələr tərtib edilib və sonradan notarius tərəfindən təsdiq edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 19-180-ci maddəsinin 3-cü hissəsinə əsasən aparılır.

İlkin məlumatlara görə, müttəhimin dələduzluq yolu ilə əldə etdiyi məbləğ yarım milyon ABŞ dollarını ötür. Digər mümkün zərərçəkənlərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın