Hökumət 2022-ci ili təxminən 10% iqtisadi artımla başa vurmağı gözləyir.
InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili parlamentdə çıxışı zamanı deyib.
"Bu gün ölkədə əmin-amanlıq, sabitlik, ikirəqəmli iqtisadi artım var, ona görə də biz ölkəmizin tərəqqisini və inkişafını sakit, qətiyyətlə və prinsipial şəkildə davam etdirməliyik”- deyə Ğaribaşvili çıxışında qeyd edib.
Həmçinin Ğaribaşvili qeyd edib ki, ikirəqəmli iqtisadi artım hökumətə, ölkə və onun xalqı üçün daha çox layihələr həyata keçirməyə imkan verib.
