Gürcüstan prezidentinin Fransaya səfəri başlayıb
Avropa Şurasında Gürcüstan Prezidentini şəxsən Avropa Şurasının Baş katibi Mariya Peiçinoviç-Buriç qəbul edib.
InterPress.ge xəbər verir ki, məlumatı prezidentin administrasiyası yayıb.
Bu gün Gürcüstan prezidenti ilə baş katib arasında təkbətək görüş keçiriləcək. Bundan əvvəl Gürcüstan prezidenti Avropa Şurası və Fransa hökumətinin himayəsi ilə hər il keçirilən “Ümumdünya Demokratiya Forumu”nda iştirak edəcək.
Bu il Demokratiya Forumunun keçirilməsində məqsəd demokratiyanın tənəzzülünün əsas amillərini üzə çıxarmaq və bu problemin həlli üçün müvafiq yollar tapmaqdır.
Onun Fransaya işgüzar səfəri çərçivəsində Gürcüstan prezidentinin Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks və İslandiyanın Baş naziri Katrin Yakobsdottir ilə görüşləri nəzərdə tutulub.


