Fındıq istehsalının inkişafı üçün subsidiya proqramına start veriləcək
Fındıq istehsalının inkişafı üçün subsidiya proqramına start veriləcək.
InterPress.ge xəbər verir ki, Ğaribaşvili bu barədə hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, bunun üçün birinci mərhələdə 20 milyon lari ayrılıb.
“Bildiyiniz kimi, qoz-fındıq istehsalı ilə çoxlu həmvətənlərimiz məşğul olur. Lakin bu il də məhsul yaxşı alınmadı, keyfiyyət nisbətən pis oldu. Üstəlik, hazırda dünyada baş verən iqtisadi böhran səbəbindən tələbat azalır, qiymətlər aşağı düşür. Bütün bunları nəzərə alaraq, biz bu sektorda çalışan fermerləri və fərdləri həvəsləndirmək və dəstəkləmək qərarına gəldik. Proqram fındığın saxlanılması və becərilməsi üçün zəruri olan məhsulların dəyərinin subsidiyalaşdırılması yolu ilə fındığın ilkin istehsalının təşviqini nəzərdə tutur. Bunun üçün birinci mərhələdə 20 milyon lari ayıracağıq. Biz bu sektorda və xüsusilə Sameqreloda məşğul olan bütün insanlara mümkün qədər kömək etməliyik, bu sektorda çoxlu insan var və üzümçülük sahəsində işləyən insanlar kimi, qoz –fındıq sektorunda da işləyən insanlara maksimum dəstək verməliyik.
Yeri gəlmişkən, onu da deyim ki, üzüm məhsul yığımı uğurla keçdi. Kaxeti bölgəsinə təxminən 250 milyon lari daxil olub. Mən cənab Otar Şamuqiyaya üzüm məhsul yığımını uğurla apardığı üçün və bu prosesdə iştirak edən bütün qurumlara təşəkkür etmək istəyirəm”, - Ğaribaşvili bildirib.


