06 
Okt
2022
11:38
432

İrəvan xanının nəticəsi: "Ermənistanın son təcavüzü Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyannamələri pozur"

Almanıyada yaşayan İrəvan xanının nəticəsi Amir Ali Sardari İrəvanini Azərbaycan və Ermənistan  arasında baş verən müharibəni və hazırkı hərbi vəziyyəti dəyərləndirib.

Məsələ ilə bağlı Amir Ali Sardari İrəvanini  InterPress.ge-nin suallarını cavablandırıb.

InterPress.ge müsahibəni oxuyuculara təqdim edir:

Sizcə bu ilin sentyabr ayının  12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyət niyə pisləşdi? Bunu necə dəyərəndirə bilərsiniz?

“Ermənistan Silahlı Qüvvələrinin təxribat qrupları ərazinin dağlıq relyefindən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri ilə müxtəlif istiqamətlərdə təchizat yolları arasındakı ərazilərə mina basırıblar. Bu, Azərbaycan ordusunun reaksiyası ilə nəticələndi. Belə təxribatlara və beynəlxalq hüququn pozulmasına görə məsuliyyəti Ermənistanın siyasi rəhbərliyi daşıyır.”.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi bəyanatına əsasən, Azərbaycan -Ermənistan sərhəddində son yaşanan hadisələrdə Ermənistan genişmiqyaslı hərbi təxribat törətdi,  sizcə Ermənistan Azərbaycana qarşı nə məqsədlə  genişmiqyaslı hərbi təxribat törətdi?

“Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində təxribatları intensiv və sistemli görünür. Azərbaycanla sərhəddə artan hərbiləşmə onu göstərir ki, Ermənistan görünür, irimiqyaslı hərbi təxribata hazırlaşırmış. Bütün bu hadisələr mənə onu göstərir ki, Ermənistan guya sülh prosesi keçirmək niyyətində deyil.”.

Sizin fikrinizcə Ermənistan dəhliz məsələsində niyə razılaşmır?

“Zəngəzur dəhlizi sazişini qəbul etməklə Ermənistan İranla cənub sərhədini itirməkdən qorxur”.

Tez-tez ermənilərdən revaşist çağırışlar eşidirik. Ermənistan sülh müqaviləsini nə üçün imzalamır?

“Ermənistan normallaşma prosesini gecikdirir, görünür ki, davam edən danışıqlarda konstruktiv mövqe tutur və silahlı qüvvələrini Qarabağdan çıxarmır ki, bu da üçtərəfli sazişlər üzrə öhdəliklərə ziddir. Ermənistan regionda minaları yerləşdirməkdə davam edir, yeni şərait yaradır və nəqliyyat marşrutları prosesini pozur, görünür, sülh prosesinə az maraq göstərir”.

Ermənistan silahlı qüvvələrinin bölmələrisentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi təxribatı, xüsusilə də qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərinin, xüsusilə geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərin, təminat yollarının minalanması ilə bağlı şərh verməyinizi xahiş edirik.

"Ermənistanın son təcavüzü Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyannamələri pozur. Bu addımlar Ermənistan davam edən normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan bərpa işləri apararkən və işğaldan azad edilmiş bu ərazilərdə tikinti işlərinin aparılması, Ermənistanın təcavüzü göstərir ki, bu prosesə hər vasitə ilə mane olur".

Məlum olduğu kimi, Azərbaycanın Qarabağ bölgəsində bir çox ərazilər ermənilər tərəfindən minalanmışdır və bu minalara görə bir çox sivil vətəndaş və hərbiçi həlak olmuşdur, bundan əlavə ağır xəsarət alanlarda olmuşdur. Bunlara baxmayaraq Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırır. Bu məsələni necə dəyərləndirirsiniz?

“Bunu Qarabağa səfərim zamanı, ziyarət etmək istəyəndə xatırlayırdım bəzi abidələrdə mənə tövsiyə olundu ki, minaların təmizlənməsinə baxmayaraq, hələ də tam təhlükəsiz deyil. Ermənilərin işğaldan azad edilmiş ərazilərə minalar qoymaq üçün bu cür təxribat cəhdləri həmin əraziləri narahat etmək üçündür. Belə təxribatlara və beynəlxalq hüququn pozulmasına görə məsuliyyəti Ermənistanın siyasi rəhbərliyi daşıyır. ”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər