05 
Okt
2022
13:54
907

İctimai fəal Samirə Bayramova Xalq Müdafiəçisinə və Təhsil Nazirliyinə müraciət ünvanladı

İctimai fəal Samirə Bayramova Xalq Müdafiəçisinə və Təhsil Nazirliyinə müraciət ünvanlayıb.

InterPress.ge xəbər verir ki, ictimai fəalın müraciəti Qırıxlı kənd məktəbinin müəllimi Rəhman Musayev və həmin məktəbin direktoru ilə bağlı faktın araşdırılması və aidiyyəti orqanlara tövsiyələrin verilməsi ilə bağlıdır. 

"Məktəb direktorunun (vəzifəsini icra edənin) vəzifələrini vicdanla və qanun çərçivəsində yerinə yetirməsi ilə bağlı ayrıca araşdırmalara başlayın.

Bütün məktəblərdə müəllimlərin səriştəsini yoxlamaq üçün xüsusi komissiya yaradılsın. Uyğunsuzluq olarsa, fənn müəllimi təhsil sahəsindən azad olunmalı və qeyri-gürcü dilli məktəblərdə ikidilli gənc müəllimlərin məktəblərdə işə başlamalarına şərait yaradılmalıdır, çünki bu gün onlar qohumbazlığa görə məktəblərdə işə başlaya bilmirlər. 

Qeyri-gürcü dilli məktəblərdə direktorların və direktor vəzifəsini icra edənlərin ixtisasları yoxlansın və məktəblərdə qohumbazlıq faktorlarına reaksiya verilsin. 

Təhsilli və gənc kadrların məktəb idarəçiliyinə cəlb olunması təşviq edilsin", -deyə Samirə Bayramovanın müraciətidə qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın