03 
Okt
2022
15:24
363

Baş nazirin rəhbərliyi ilə hökumətin iclası keçirildi

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Hökumət aparatında keçirilən iclasda Nazirlər Kabinetinin üzvləri 7 məsələni müzakirə ediblər.

Müzakirə olunan məsələlər arasında Gürcüstan hökumətinin 25 iyul 2022-ci il tarixli 1327 nömrəli “2022-ci ilin məhsulunun mütəşəkkil yığılması üçün həyata keçiriləcək tədbirlər haqqında” qərarına dəyişiklik də olub.

O cümlədən, cari ilin məhsul yığımını mütəşəkkil keçirmək məqsədilə Raca-Leçxumidə, Kvançkari mikrozonasında yetişdirilən 1 kiloqram Aleksandrulis və Mujuretuli üzümünün alınmasına görə şərabçılıq müəssisəsinə 4 lari subsidiya veriləcək. Bundan əlavə, şərabçılıq şirkəti subsidiya almaq üçün üzümçülük sahəsində çalışan fiziki şəxsə və/və ya kənd təsərrüfatı kooperativi statusuna malik hüquqi şəxsə üzüm alarkən azı 7 lari ödəməyə və ən azı 3 ton Aleksandrulis və Mujuretuli üzümü almağa borclu olacaq. Bundan əlavə, məhsul yığımı zamanı Kaxeti, Raca-Leçxumi və Kvemo Svaneti bölgələrində yığılmış üzümün tədarükü/qəbulu şərab şirkətləri tərəfindən tədarükçülərlə razılaşdırılmış məlumatların (üzüm tədarükçüsü, veriləcək üzümün növü və miqdarı, üzümün təhvil yeri və vaxtı) wine.gov.ge portalında qeyd edilməsində sonra mümkün olacaq. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər