İrakli Ğaribaşvili: "2023-cü ilə qədər real iqtisadi artımın 5% civarında olması planlaşdırılır"
"2023-cü ilə qədər real iqtisadi artımın 5% civarında olması planlaşdırılır, ümumi daxili məhsulun proqnozu 80 milyard lari olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, 2023-cü ilə qədər adambaşına düşən ümumi daxili məhsul demək olar ki, 7500 dollar təşkil edəcək.
“2023-cü ilin büdcəsinə gəlincə, bu barədə cəmiyyətimizi məlumatlandırmaq istərdim, sizə çox qısa şəkildə deyim ki, biz gələn il üçün də kifayət qədər mühafizəkar büdcə planlaşdırmışıq. Mən ictimaiyyətə ÜDM-in nə qədər olduğunu xatırlatmaq istərdim - 2020-ci 50 milyard lari idi, 2021-ci ildə isə 60 milyard lari idi, yəni cəmi 2-3 il ərzində ümumi daxili məhsulu 30 milyard lari artırdıq. Bu, bizim və komandamızın 2 ildən az bir müddətdə əldə etdiyi nəticədir”, - deyə İrakli Ğaribaşvili bildirib.


