ABŞ-ın Gürcüstandakı səfiri: "ABŞ Lukaşenkonun Abxaziyaya “səfərini” qəti şəkildə pisləyir"
"Cənab Lukaşenkonun Abxaziyaya “səfərini” qəti şəkildə pisləyən Vaşinqtonun yüksək vəzifəli rəsmilərinin mesajını sizə çatdırmaq istərdim".
InterPress.ge xəbər verir ki, bu barədə Kelli Deqnan bildirib.
Onun sözlərinə görə, Lukaşenkonun “səfəri” xüsusilə təhqiramiz olub, çünki o, Abxaziyaya Suxuminin süqutunun 29-cu ildönümünün ikinci günündə gəlib.
"Birləşmiş Ştatlar gürcü xalqını qətiyyətlə dəstəkləyir, onun siyasi liderləri beynəlxalq hüququ pozan bu qəbuledilməz “səfər” haqqında yüksək səslə danışırlar. Xüsusilə ağrılı və təhqiredici haldır ki, bu, biz Suxuminin süqutunun 29-cu ildönümünü qeyd etdikdən, mən və bir çox başqaları Abxaziya Müharibə Memorialına əklil qoyduqdan bir gün sonra baş verdi. ABŞ Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün qəti tərəfdarıdır və biz işğal olunmuş ərazilərin sülh yolu ilə bərpası və regionda sülhün bərqərar olması üçün fəaliyyətimizi davam etdirəcəyik”, - səfir qeyd edib.
Xatırladaq ki, Aleksandr Lukaşenko sentyabrın 28-də Abxaziyaya gəlib. Bundan əvvəl o, Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Soçidə olub.


