Ombudsman: "Ölkədə vətəndaş və siyasi hüquqların müdafiəsinin keyfiyyəti pisləşib"
"Ölkədə vətəndaş və siyasi hüquqların müdafiəsinin keyfiyyəti pisləşib. Son illərdə ifadə azadlığının daha da məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığına əsassız müdaxilə və s. tendensiyası müşahidə olunur".
InterPress.ge xəbər verir ki, bu barədə parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin iclasında hesabatı təqdim edərkən Xalq Müdafiəçisi Nino Lomcaria bildirib.
Ombudsmanın qiymətləndirməsinə görə, jurnalistlərin, vətəndaş fəallarının və hüquq müdafiəçilərinin işləməli olduğu təhlükəli və düşmənçilik mühiti narahatlıq doğurur.
“Təəssüf ki, tənqidi media nümayəndələrinə qarşı fiziki hücum halları artıb. Siyasi vəzifəli şəxslərin jurnalistlərə qarşı həyasız və laqeyd münasibəti, onların dövlət qurumlarına buraxılmaması, nüfuzdan salmaq məqsədi daşıyan bəyanatlar adi hala çevrilib.
İfadə azadlığının müdafiəsi toplaşmaq hüququnun rəvan reallaşması ilə bilavasitə bağlıdır. Bu baxımdan əsas problem ondan ibarətdir ki, toplaşmaq zamanı 1984-cü ildə qəbul edilmiş, mövcud konstitusiya quruluşu ilə bir araya sığmayan inzibati xətalar məcəlləsindən hələ də istifadə olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları toplaşmaların idarə edilməsində və dağıdılmasında qeyri-mütənasib güc tətbiq ediblər və tutma halları zəruri tələblərə cavab verə bilmirdi”, - Nino Lomcaria bildirib.


