"Rusiya vətəndaşlarının Gürcüstana girişi ölkə üçün problemdir, baxmayaraq ki, hökumətin bu problemin öhdəsindən gələcəyinə əminəm".
InterPress.ge xəbər verir ki, bunu Avstriyanın Gürcüstandakı səfiri deyib.
“Gürcüstan hökumətinə tövsiyələr vermək mənim vəzifəm deyil. Amma mən görürəm ki, çoxlu ruslar Gürcüstana gəlməyə çalışırlar və bilirəm ki, bu, Gürcüstan üçün böyük problemdir, amma əminəm ki, hökumət bunun öhdəsindən gələcək”, – diplomat bildirib.
