28 
Sen
2022
15:46
352

Daxili işlər nazirinin müavini Lars sərhədindəki vəziyyəti şərh etdi

"Razılaşırıq ki, indi fövqəladə vəziyyət var - standart olaraq, gün ərzində 5-6 min Rusiya vətəndaşı gəlirdi, bu son vaxtlar 40-45 faiz artıb, hər bir vətəndaş öyrənilir".

InterPress.ge xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze Lars sərhədindəki vəziyyəti jurnalistlərə şərh edərkən bildirib.

Onun sözlərinə görə, Lars məntəqəsinə əlavə qüvvələr göndərilib, polisin iş yükü artıb, lakin onlar mövcud resurslarla problemin öhdəsindən gəlirlər.

“Lars keçid məntəqəsində axınlar artıb, standart olaraq, gün ərzində 5-6 min Rusiya vətəndaşı gəlirdi, bu son vaxtlar 40-45 faiz artıb, Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş hər şeyi edir, xüsusən də hər bir vətəndaş öyrənilir, qanunla müəyyən edilmiş tələblərə cavab vermədikdə, sərhədə buraxılmır, onlara icazə verilmir.  Bütün lazımi tədbirlər həyata keçirilir, biz oradakı vəziyyətə maksimum nəzarət edirik, Lars məntəqəsinə əlavə qüvvələr göndərilib.

Təbii ki, biz razıyıq ki, indi fövqəladə vəziyyət yaranıb, Rusiyada qismən səfərbərliyin elan edilməsi təkcə Gürcüstanda deyil, digər ölkələrdə də axının artmasına səbəb olub. Təbii ki, çətinliklər var, lakin biz mövcud resurslarla onların öhdəsindən gəlirik, hər bir insan öyrənilir və harada təhdidlər varsa, həmin şəxslərə qarşı mənfi qərar verilir”, - Daraxvelidze bildirib.

Bizimlə əlaqə saxlayın