23 
Sen
2022
10:55
492

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bəyanat yayır

“Kazbeq” gömrük-keçid məntəqəsi tam yüklə rəvan işləyir.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.

Onların bəyanatını dəyişməz olaraq təqdim edirik:

“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti nəzərinizə çatdırır ki, Gürcüstanın gömrük ərazisinə malların idxalı/ixracı, avtonəqliyyat vasitələrinin hərəkəti, habelə dövlət sərhədindən keçən şəxslər üçün gömrük nəzarəti prosedurlarının həyata keçirilməsi 24 saat fasiləsiz olaraq tam gücü ilə həyata keçirilir.

Burada qeyd edirik ki, son 10 günün məlumatına görə, Gürcüstanın dövlət sərhədinə daxil olan və çıxanlar arasında kəskin fərq/artım yoxdur.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti KİV-ləri yalan və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırır", - deyə məlumatda qeyd edilib.

 

 

 

Bizimlə əlaqə saxlayın