20 
Sen
2022
11:23
379

Ət satışı obyektlərində və kəsim məntəqələrində 530 inzibati xəta aşkar edilib

Bu il Milli Qida Agentliyi tərəfindən ət məhsulları istehsalı müəssisələrində, ət satışı obyektlərində və heyvan kəsim məntəqələrində ümumilikdə 530 inzibati xəta faktı aşkar edilib.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyindən məlumat verilib.

Məlumata görə, bu il sentyabrın 14-dək ət məhsulları istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərində 281, ət satışı obyektlərində 2234, kəsim məntəqələrində 617 dövlət nəzarəti həyata keçirilib.

“Etiketləmə qaydalarının, gigiyena normalarının, temperatur rejiminin pozulması, izlənilmə ilə bağlı tələblərin yerinə yetirilməməsi, saxlama müddəti ötmüş və Forma 2-siz ətlərin satışı ilə bağlı, 530 inzibati xəta aşkar edilib”, – deyə Milli Qida Agentliyindən tələb olunan ictimai məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın