18 
Sen
2022
10:45
3979

Gürcüstanda 6 nəfəri güllələyən şəxsin kimliyi bəlli oldu

Daxili İşlər Nazirliyi Kiketidə baş verən qətl və yaralama ilə bağlı bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, saxlanılan şəxs 52 yaşlı Qela Nioradzedir.

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Baş İstintaq və Dedektivlər şöbəsinin əməkdaşları həyata keçirilən prosessual və istintaq tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Q.N.- ni ikidən çox şəxsi ağırlaşdırıcı şəraitdə öldürməyə cəhd və qanunsuz olaraq odlu silah-sursat almaq-saxlamaq-daşıma ittihamı ilə saxlayıblar.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs avtomat silahdan atəş açaraq 6 nəfərə xəsarət yetirib. 1971-ci il təvəllüdlü Q.Q. xəstəxanaya aparılana qədər dünyasını dəyişib.  Digər 5 nəfər isə klinikaya yerləşdirilib, onlara müvafiq tibbi yardım göstərilib.

Təqsirləndirilən Q.N. cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq gizlənib.  Hadisədən bir neçə saat sonra polis onu saxlayıb.  Cinayəti törətdiyi silah sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 19-109 və 236-cı maddələri ilə aparılır ki, burada da ağırlaşdırıcı hallarda iki və ya daha çox şəxsi öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə nəzərdə tutulur.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

 

Bizimlə əlaqə saxlayın