17 
Sen
2022
20:15
586

Marneulidə Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatlar nəticəsində şəhid olan azərbaycanlı hərbiçiləri anım mərasimi baş tutdu - FOTO

Bu gün Marneulidə 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatlar nəticəsində şəhid olan azərbaycanlı hərbiçiləri anım mərasimi baş tutub.

InterPress.ge xəbər verir ki, mərasim Azərbaycan Evində keçirilib.

Anım mərasiminə siyasətçilər, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, mülki fəallar, din xadimləri və gənclər qatılıb.

Mərasimdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan uğrunda canlarından keçən qəhramanlar ehtiramla yad edilib.

Mərasimin sonunda Gürcüstan azərbaycanlılarının icma təşkilatları və ziyalıları ölkə hakimiyyətinə və beynəlxalq ictimaiyyətə bəyanat ünvanlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili, xarici işlər naziri İlia Darçiaşvili və ölkədəki beynəlxalq təşkilatlara ünvanlanan bəyanatı 60-dan çox təşkilat rəhbəri və ziyalılar imzalayıb. Bəyanatda dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvlərinin Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyi vurğulanıb, beynəlxalq birlikdən Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsi istənilib.

Bəyanatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycanın gördüyü əks-tədbirlər lokal xarakterli olub, hərbi hədəflərə qarşı yönəlib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər