16 
Sen
2022
14:46
465

NDI: Dərmanların qiyməti əhali üçün daha böyük problemə çevrilib

Dərmanların qiyməti əhali üçün daha böyük problemə çevrilib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun (NDI) araşdırmasında qeyd olunub.

"Hazırda səhiyyənin qarşısında duran ən böyük problem nədir?" sualına, sorğuda iştirak edən əhalinin 76%-i üçün - dərman vasitələrinin qiyməti; 41%-i üçün tibbi xidmətlər/həkim ziyarətləri üçün ödənişlər; 30%-i üçün həkimlərin və tibb işçilərinin peşəkarlığının olmaması; 26%- i üçün aşağı keyfiyyətli dərmanlar; 9%-i üçün isə, səhiyyə sistemində bürokratiya olduğunu bildiriblər.

Məlumat üçün bildirək ki, hesabat iyulun 14-dən avqustun 15-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında ölkə miqyasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Avqust sorğusuna ümumilikdə 2104 tamamlanmış müsahibə daxildir. Sorğuda orta səhv nisbəti +/- 2 faizdir.

Bizimlə əlaqə saxlayın