16 
Sen
2022
13:13
470

NDİ-nin sorğusuna əsasən, sabah parlament seçkiləri keçirilsəydi, respondentlərin əksəriyyəti seçkilərdə iştirak edərdi

"Sabah parlament seçkiləri keçirilsə, seçkilərdə iştirak edərdinizmi" sualına respodentlərin əksəriyyəti "bəli" cavabını verib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun (NDI) araşdırmasında qeyd olunub.

Daha dəqiq desək, sabah parlament seçkiləri keçirilsə, iştirak edərsinizmi sualına 66 faiz - yəqin ki, iştirak edəcəyini, 34 faiz -yəqin ki, iştirak etməyəcəyini söyləyib.

Bundan başqa, araşdırmalara görə, daha çox etnik azlıqların yaşadığı bölgələrdəki və qərarsız seçicilər seçkilərə getməkdən imtina ediblər. O cümlədən, azlıqların yaşadığı bölgələrdə yaşayan respondentlərin 62 faizi seçkilərə getməyəcəyini, 38 faizi isə seçkilərdə iştirak edəcəyini bildirib. Həmçinin “Gürcü Arzusu”nun tərəfdarlarının 21%-i, müxalifət tərəfdarlarının  isə 26%- i seçkiyə getməyəcəklərini bildiriblər. Hansı partiyanı dəstəklədiyini qeyd etməyən respondentlərin 45%-i sabah parlament seçkiləri keçirilsə, səsverməyə getməyəcəklərini bildiriblər.
 

Bizimlə əlaqə saxlayın