16 
Sen
2022
12:54
449

Gürcüstan əhalisi prezidentin, baş nazirin, parlamentin fəaliyyətini necə qiymətləndirir? - ARAŞDIRMA

Gürcüstan əhalisinin 40 faizi Gürcüstan prezidentinin, 41 faizi parlamentin, 35 faizi isə baş nazirin fəaliyyətini pis qiymətləndirib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun (NDI) araşdırmasında qeyd olunub.

Gürcüstan prezidentinin fəaliyyətini necə qiymətləndirirsiniz sualına müsahiblərin 43 faizi orta, 40 faizi pis, 12 faizi yaxşı cavabını verib, 5 faizi isə cavabını bilmədiyini bildirib. 

Gürcüstanın baş nazirinin fəaliyyətinə gəlincə, respondentlərin 35 faizi bunu pis, 33 faizi orta, 28 faizi yaxşı qiymətləndirib, 4 faizi isə sualın cavabını bilmədiyini söyləyib.

Eyni araşdırmada Gürcüstan parlamentinin fəaliyyəti də qiymətləndirilib.Sorğuya görə, respondentlərin 45 faizi parlamentin fəaliyyətini orta, 41 faizi pis, 9 faizi yaxşı qiymətləndirib, 4 faizi isə sualın cavabını bilmədiyini söyləyib.

Bundan başqa, araşdırmalarda da qeyd olunduğuna görə, prezidentin fəaliyyətinə mənfi qiymət verilməsinin göstəricisi artıb.

Bizimlə əlaqə saxlayın