14 
Sen
2022
10:55
269

Yüngül avtomobillər üçün ayrılmış parkinq yerlərində iri nəqliyyat vasitəsinin saxlanmasına görə cərimə artırılır

Yüngül avtomobillər üçün ayrılmış parkinq yerlərində iri nəqliyyat vasitəsinin saxlanmasına görə cərimə artırılır. 

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Məclisdə üçüncü oxunuşda müzakirə edilərək təsdiq edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, dayanma-durma qaydalarının pozulmasına görə cərimələr sərtləşir.

Dəyişiklik müəlliflərinin sözlərinə görə, iri nəqliyyat vasitələrinin dayanması halları var ki, bu da qətiyyən yolverilməzdir.

Nəticədə qanuna edilən dəyişikliyə əsasən, avtomobillər üçün ayrılmış parkinq yerlərində qoşqu, avtobus və digər uyğun olmayan növ nəqliyyat vasitələrinin saxlanmasına görə cərimə artırılacaq və həmin şəxs qeyd olunan hərəkətə görə 100 lari məbləğində cərimələnəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər