13 
Sen
2022
21:04
449

Avstriya paytaxtında “Azad Şuşa” adlı konsert keçiriləcək

Sentyabrın 22-də Avstriyanın Vyana şəhərində “Şuşa İli” və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçiriləcək.

InterPress.ge xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Avstriyada yaşayan azərbaycanlı musiqiçi, “Diaspor fəaliyyətində xidmətinə görə” medalına layiq görülmüş Fərəh Tahirovanın təşkilatçılığı ilə gerçəkləşdiriləcək konsert Müqəddəs Pyotr kilsəsində baş tutacaq. 

Tədbirdə Vyanada fəaliyyət göstərən diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələrinin iştirakı gözlənilir.

Konsertdə ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberg çıxış edəcək. Tanınmış musiqiçi orqanda Azərbaycan və alman bəstəkarlarının əsərlərini ifa edəcək.

Bizimlə əlaqə saxlayın