13 
Sen
2022
11:17
507

"Elit Electronics" mağazasından iki dəfə oğurluq edən şəxs saxlanıldı

Zuqdidi polisi bir nəfəri iki dəfə "Elit Electronics" mağazasından oğurluq etməkdə ittiham edərək saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, istintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs mağazadan mobil telefonlar və qol saatı oğurlayıb.

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Zuqdidi rayon şöbəsinin əməkdaşları isti izdə keçirdikləri kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü S.Ğ.-ni oğurluqda ittiham edərək saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Zuqdidi şəhərində yerləşən “Elit Electronics” mağazasından mobil telefonlar və qol saatı oğurlayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şəxsin üzərindən şəxsi yoxlama nəticəsində maddi sübut kimi oğurlanmış əşyalar - müxtəlif şirkətlərə məxsus 32 ədəd mobil telefon və 1 ədəd qol saatı götürülüb.

Təqsirləndirilən şəxs bir neçə gün əvvəl həmin mağazadan oğurluq etməkdə də ittiham olunur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi və 4-cü hissənin “b” yarımbəndinə uyğun olaraq aparılır.

Cinayət 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Bizimlə əlaqə saxlayın