09 
Sen
2022
18:49
566

Türkiyədə 400 Azərbaycan vətəndaşına ilk “Səyyar ASAN” xidməti göstərilib

Türkiyənin Samsun şəhərində azərbaycanlılara Azərbaycan dövlət xidmətlərinin çatdırılması məqsədilə gerçəkləşdirilən “Səyyar ASAN” xidməti başa çatıb.

InterPress.ge-nin məlumatına görə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “ABB” ASC-nin maliyyə tərəfdaşlığı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkə xaricində ilk dəfə belə xidmət göstərilib.

Samsun şəhərində 30 avqust-4 sentyabr 2022-ci il tarixində keçirilən Aerokosmik və Texnologiya Festivalı (TEKNOFEST) günləri çərçivəsində gerçəkləşən layihə zamanı “Səyyar ASAN” xidmət avtobusu vasitəsilə 400-ə yaxın Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi kimi xidmətlər göstərilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunması məqsədi daşıyan bu xidmət Azərbaycan Prezident İlham Əliyevin birbaşa göstərişinə əsasən həyata keçirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər