“Ninocminda” gömrük keçid məntəqəsində gömrük nəzarəti prosedurları müvəqqəti olaraq dayandırılacaq
Sentyabrın 9-da saat 11:00-dan 23:00-dək “Ninocminda” gömrük keçid məntəqəsində yeni idarəetmə informasiya sistemlərinin tətbiqi ilə bağlı texniki işlərin davam etdirilməsi ilə əlaqədar gömrük nəzarəti prosedurları dayandırılacaq.
lnterPress.ge bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, konkret texniki işlər başa çatdıqdan sonra “Ninocminda” gömrük-keçid məntəqəsi sınaq rejimində tam gücü ilə fəaliyyətini davam etdirəcək.
“İşlər başa çatdıqdan sonra sərnişin və yüklərin daşınması 24/7 həyata keçiriləcək. Gürcüstan və Ermənistan respublikalarının gömrük idarələri arasında sıx əlaqə mövcuddur ki, sözügedən gömrük keçid məntəqəsi açıldıqdan sonra artan yük axını rahat şəkildə həyata keçirilə bilsin”, - deyə məlumatda qeyd olunub.


