Avqustun 28-dən sentyabrın 2-dək Gürcüstanda 12 787 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Son 1 həftə ərzində koronavirusdan, 14 257 nəfər müalicə olunaraq sağalıb.
Eyni zamanda bildirilir ki, koronavirusdan 8 nəfər həyatını itirib.
Ümumilikdə ölkə üzrə 73 436 test keçirilib.
