Baş nazir: "Dünyadakı çətinliklər fonunda biz ikirəqəmli iqtisadi artıma nail oluruq ki, bu da çox müsbət haldır"
"Son 7 ayda iqtisadi artım 10,3% təşkil edib. Siz yaxşı bilirsiniz ki, Ukraynanın fonunda təkcə Avropada deyil, bütün dünyada çox böyük çətinliklər var. Bunun fonunda biz ikirəqəmli iqtisadi artıma nail ola bilirik, bu, çox müsbət haldır".
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Baş nazirin izah etdiyinə görə, ixrac əhəmiyyətli dərəcədə artıb, pul köçürmələri isə 46,8% artıb.
“Ötən həftə iqtisadi artım göstəricisi rəsmi olaraq dərc edilib ki, bu da son 7 ayda 10,3% təşkil edib. Bu, həqiqətən də dünyada görünməmiş, yüksək iqtisadi artımdır. Siz yaxşı bilirsiniz ki, Ukraynanın fonunda təkcə Avropada deyil, bütün dünyada çox böyük çətinliklər var. Bunun fonunda biz ikirəqəmli iqtisadi artıma nail oluruq ki, bu da çox müsbət haldır.
Həmçinin, ixrac əhəmiyyətli dərəcədə artaraq 40% olub. Həmçinin vətəndaşların nəzərinə çatdırmaq istərdim ki, pul köçürmələri 46,8% artaraq 300 milyon dolları ötüb. Biznes sektoruna gəlincə, vətəndaşlarımıza demək istəyirəm ki, biznes sektorunda dövriyyə artıb. Həm birinci, həm də ikinci rübdə məşğul əhalinin sayı artıb. Yanvar-iyun aylarında biznes sektorunun dövriyyəsi 25% artıb ki, bu da müsbət haldır”, - baş nazir qeyd edib.


