InterPress.ge-nin jurnalistika kurslarının məzunlarına sertifikat təqdim etmə mərasimi keçirildi - FOTO
Bu gün , 4 sentyabr tarixində InterPress.ge-nin təşkil etdiyi 3 aylıq jurnalistika kursunun məzunlarına sertfikat təqdim etmə mərasimi keçirildi.
InterPress.ge xəbər verir ki, 3 aylıq jurnalitika kursu ərzində Marneuli, Dmanisi və Bolnisi bələdiyyələrindən seçilmiş iştirakçılar jurnalistika sahəsində təməl teorik/ praktiki bilgi aldılar və ilkin jurnalistik bacarıqlarını inkişaf etdirdilər.
Jurnalistika kursu iki dildə, gürcü və azərbaycan dilində baş tutdu.
Kursun təlimçiləri "Azadlıq Radiosu"nun araşdırmaçı jurnalisti Qiorqi Mqeladze və "Ai Fakt" media agentliyinin araşdırmaçı jurnalisti Aydan Yusif idi.
Kursun yekun mərasimində kursu nailiyyətlə bitirmiş iştirakçılar sertifikatla təltif olundular.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı Konsulu, siyasətçilər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Yekun təqdimat mərasimində InterPress.ge-nin qurucusu Nahid Qurbanov kursu müvəqqiyyətlə bitirmiş gəncləri təbrik etdi və azərbaycandilli jurnalistlərin cəmiyyət üçün çox böyük önəmliliyini bildirdi.
Nahid Qurbanov bildirdi ki, cəmiyyətimizdə azərbaycandilli jurnalistlərin kadr çatışmamazlığı mövcuddur və ümid edirik ki, InterPress.ge tərəfindən baş tutan layihə bu problemin həllində öz müsbət təsirini göstərəcək.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı konsulu Ramel Lətifov bu layihənin önəm və əhəmiyyətindən bəhs etdi. O, bu cür layihələrə hər zaman səfirlik tərəfindən önəm verildiyini vurğuladı.
Qeyd etmək istəyirik ki, 3 aylıq jurnalistika kursu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirildi.





